Orlean gölü

coğ. Orléans (le lac)

orqanizm
ornament
OBASTAN VİKİ
Orlean
Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir. Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi.
Nyu-Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Nyu Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Orlean (rayon)
Orlean (fr. Orléans) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luare. Suprefektura — Orlean. Rayon əhalisi 2006-cı ildə 419 1166 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 142 nəf / km². Rayon ərazisi — 2946 km².
Orlean Universiteti
Orlean Universiteti (fr. Université d'Orléans) — Fransa Respublikasının Orlean şəhərində yerləşən ali təhsil müəssisəsi. 1306-cı ildə yaradılmış Orlean Universiteti Fransanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.
Yeni Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans) — Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Orlean adası
Orlean adası (fr. Île d'Orléans) — Kanadanın Kvebek əlayətində, Müqəddəs Lavrentiya çayının mənsəbində yerləşən çay. Adanın uzunluğu 32 km, maksimal eni 8 km, sahəsi isə 120 km² təşkil edir. Adanı ilk dəfə fransiz araşdırmaçı Jan Karte 1535-ci ildə kəşf edir. O, adanı Orlean hersaoqu I Fransiskin şərəfinə adlandırır. Jan Karte adanı Vaks olaraq adlandırır, buna səbəb isə adada çoxlu yabanı üzümün birtməsi idi. Adanın məskunlaşdırılması 1661-ci ildən Normandıya və Puatudan olan kolonistlər tərəfindən başladılır. Onlar adada Sent-Famiy adlı qəsəbəni salırlar. 1685-ci il məlumatlarına əsasən adada 1205 nəfər insan yaşamış və 619 baş heyvan saxlanılmışdır. 1759-cu ildə Britaniya müdaxiləsi ərəfəsində adanın bütün ftansız kəndliləri materikdəki kvebek qalasına sığınmalı olmuşdur.
Orlean hersoqluğu
Orlean hersoqluğu (fr. Duc d'Orléans) — Fransa monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XIV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, Fransa krallarının yaşca kiçik oğul və ya qardaşına verilir. Kanadadakı Orlean adası Orlean hersoqu II Henrinin (sonrakı illərdə Fransa kralı olacaq III Henri), ABŞ-dakı Nyu-Orlean şəhəri isə Orlean hersoqu II Filippin şərəfinə adlanmışdır. == Siyahı == == Mənbə == Unwin, Brian (2014). A Tale in Two Cities: Fanny Burney and Adèle, Comtesse de Boigne. New York: I.B. Taurus & Co. pp. 210–212. ISBN 978-1-78076-784-0 François de Malherbe, Lettres à Peiresc, éd.
Nyu-Orlean Pelikans
Nyu-Orlean Pelikans — Luiziana ştatının Nyu-Orlean şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Blanş (Orlean hersoqinası)
Orleanlı Blanş (fr. Blanche d'Orléans; 1 aprel 1328 – 8 fevral 1393, Vensen) — Fransa kralı IV Çarlzın qızı, ilk Orlean hersoqinası. Eyni zamanda o, Kapetinqlər sülaləsinin son nümayəndəsidir. Blanş, Fransa kralı IV Çarlzın yetkinlik yaşına çatan yeganə qızı və varisi olaraq 1328-ci ildə dünyaya gəldi. Ancaq dünyaya gələndə artıq atası vəfat etmiş, səltənət parçalanmışdı. Belə ki, Navarra taxt-tacına əmisi X Lüdovikin qızı Janna, Fransa taxt-tacına isə atasının əmisi oğlu Valualı Filipp sahiblənmişdi. Beləcə, Kapetinqlər sülaləsinin kişi şəcərəsi sonlanmış, Fransa taxt-tacı onun alt-qolu olan Valua sülaləsinin əlinə keçmişdi. Ancaq Valua sülaləsinin hakimiyyətə gəlməsi bəzi yerli əsilzadələri narazı salmışdı. Bu səbəblə, mərhum kralın yeganə varisi olan qızı Blanşın evliliyi mühüm məsələ idi. Yeni kral VI Filipp 8 yanvar 1345-ci ildə onu öz kiçik oğlu Orlean hersoqu Filipplə evləndirdi.
Filipp (Orlean hersoqu)
Orleanlı Filipp (fr. Philippe d'Orléans; 1 iyul 1336, Vensen, Fransa krallığı – 1 sentyabr 1375, Orlean, Fransa krallığı) — Fransa kralı VI Filippin oğlu, ilk Orlean hersoqu. 8 yanvar 1345-ci ildə Filipp keçmiş Fransa kralı IV Çarlzın qızı Blanşla evləndirildi. Bu evlilik olduqca mühüm idi. Belə ki, Blanş Kapetinqlər sülaləsinin son nümayəndəsi idi. Hersoqun evlilikdən kənar övladları olsa da, bu evlilikdən cütlüyün övladı olmadı. Buna görə də 1376-cı ildə vəfat edən Orleanlı Filippin bütün mülk və ünvanları səltənətə tərəfindən müsadirə edildi. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600.
Lüdovik (Orlean hersoqu)
Lüdovik (fr. Louis d’Orléans; 4 avqust 1703[…], Versal – 4 fevral 1752[…], Müqəddəs Ceneveva abbatlığı[d]) — Orlean hersoqu II Filippin oğlu, Orlean hersoqu. 4 avqust 1703-cü ildə Versal sarayında doğuldu. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin məşuqəsindən doğulan qızı Fransiska Mariyadır. Doğumundan etibarən Şartr hersoqu elan olundu. Anası və nənəsinin himayəsində böyüdüldü. Babasının vəfatının ardından 1715-ci ildə atası yeni kral XV Lüdovikin naibi seçildi və dövlət idarəsini əlinə aldı. Üstəlik atası taxt sıralamasında ikinci yerdə idi və bu səbəblə Lüdovik ikisinin ardından krallığın ən nüfuzlu varisi hesab edilirdi. 30 yanvar 1718-ci ildə dövləti idarə edən məşvərət məclisinə üzv seçilsə də, atasının istəyinə baxmayaraq aktiv bir vəzifədə xidmət etmədi. 1720-ci ildə atası kimi Tampliyerlərin böyük ustadı seçildi.
Nyu-Orlean baltalı qatili
Nyu-Orlean baltalı qatili (ing. Axeman of New Orleans) — Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Nyu-Orlean şəhərində 1918–1919-cu il tarixlərində balta ilə silsilə cinayətlər törətmiş naməlum şəxs. Dövrün mətbuat oraqanlarında və başda qəzetlərdə baş vermiş cinayətlər haqqında ardıcıl yazılar çıxmışdır və Nyu-Orlean baltalı qatili başda Luiziana ştatı olmaqla, ətraf ərazilərdə yaşayan əhalinin ciddi narahatlığına səbəb olmuşdur. Aparılan bütün araşdırmalara baxmayaraq, cinayətləri törədən şəxs heç bir zaman həbs oluna bilməmişdir.
II Karl (Orlean hersoqu)
II Karl (fr. Charles II d'Orléans; 22 yanvar 1522, Sen-Jermen-an-Le[d] – 9 sentyabr 1545) — Fransa kralı I Fransiskin oğlu, Orlean hersoqu. 22 yanvar 1522-ci ildə dünyaya gəldi. Atası Fransa kralı I Fransisk, anası isə onun ilk xanımı Valualı Kloddur. Hər iki şəcərədən də Fransa kralı V Karlın nəslindən idi. Doğulduğu gün Anqulem hersoqu elan edildi və 1536-cı ilədək bu ünvanı daşıdı. Həmin il böyük qardaşı dofen Fransisk anidən öldü və digər qardaşı Henrinin dofen olmasıyla, Karl Orlean hersoqluğuna gətirildi. Uşaq yaşlarında keçirdiyi çiçək xəstəliyi səbəbilə bir gözü yox idi. Buna baxmayaraq bütün tarixi qaynaqlarda I Fransiskin ən yaraşıqlı oğlu olaraq anılır. 1540-cı ildə Klermont qraflığı da ona verildi.
I Filipp (Orlean hersoqu)
I Filipp (fr. Philippe Ier d'Orléans; 21 sentyabr 1640[…], Sen-Jermen-an-Le[d] – 9 iyun 1701[…], Sen-Klu) — Fransa kralı XIII Lüdovikin oğlu, Orlean hersoqu. 21 sentyabr 1640-cı ildə Sen-Jermendə dünyaya gəldi. Atası Fransa kralı XIII Lüdovik, anası isə İspaniya kralı III Filippin qızı Annadır. Doğumu Parisdə top atəşləriylə elan olundu. Doğumundan bir neçə saat sonra mərasimlə vəftiz edildi və ənənəvi olaraq, kralın kiçik oğullarına verilən Anju hersoqu ünvanı verildi. Hələ 3 yaşında ikən atası vəfat etdi və özündən 2 yaş böyük qardaşı XIV Lüdovik Fransa kralı, anası Avstriyalı Anna isə kral naibəsi təyin edildi. 1647-ci ilin payızında çiçək xəstəliyinə tutuldu və müalicəsinin ardından 11 may 1648-ci ildə keçirilən rəsmi mərasimlə ikinci dəfə vəftiz edildi. Əmisi Orleanlı Qaston xaç atası, İngiltərə kraliçası olan bibisi Henretta Mariya isə xaç anası seçildi. Ardından təhsil həyatına başladı və əcnəbi dillər, tarix, ədəbiyyat, riyaziyyat üzrə dərslər aldı.
I Karl (Orlean hersoqu)
I Karl (fr. Charles Ier d'Orléans; 24 noyabr 1394, Paris – 4 yanvar 1465, Ambuaz[d]) — Orlean hersoqu I Lüdovikin oğlu, Orlean hersoqu. 24 noyabr 1394-cü ildə doğuldu. Atası Fransa kralı V Karlın kiçik oğlu olan Orlean hersoqu I Lüdovik, anası isə Milan hersoqu Jan Qaleazzonun qızı Valentina Vizkontidir. Hər iki şəcərədən də Fransa kralı II Conun nəticəsi idi. Atasının Burqundiya hersoqu Qorxusuz Conla girişdiyi taxta mübarizəsi sui-qəsdlə ölümünə səbəb oldu. Atasının ölümünün ardından 1407-ci ildə Orlean hersoqu elan edildi. Atasının qatili olan Qorxusuz Con isə kral naibliyini əlinə aldı və beləcə, cinayət ört-bas edildi. Çox keçmədən anasını da itirən Karl və qardaşları atalarının intiqamını almaq üçün and içdilər. Hakimiyyətinin ilk illərində qaynatası Armanyak qrafı VII Bernardın təsirində qalan Karlın sarayda güclü dəstəkçiləri vardı.
I Lüdovik (Orlean hersoqu)
I Lüdovik (fr. Louis Ier d'Orléans; 13 mart 1372, Paris – 23 noyabr 1407, Paris) — Fransa kralı V Karlın oğlu, Orlean hersoqu. 13 mart 1372-ci ildə Fransa kralı V Karlın ikinci oğlu olaraq doğuldu. 1374-cü ildə Macarıstan kralı I Lüdovikin 4 yaşlı qızı və ehtimal olunan varisi Ketrinlə nişanlandı. Macarıstan kralı I Lüdovikin oğul varisi yox idi və bu yolla krallığın gələcəkdə bu cütlük tərəfindən idarə olunması planlaşdırılırdı. Ancaq qızcığazın hələ 7 yaşında ikən vəfat etməsiylə bütün bu planlar alt-üst oldu. Ardından vəliəhdin kralın digər qızı Mariya ilə evlənməsi müzakirə edilsə də, bu plan da baş tutmadı. Belə ki, Mariya artıq Lüksemburqlu Sigismundla nişanlı idi. 1380-ci ildə atasının vəfatının ardından böyük qardaşı VI Karl taxta çıxdı. Ancaq qardaşının əqli zəifliyi və bəzi psixiatrik tutmaları vardı.
Armanyaklı Bonna (Orlean hersoqinası)
Armanyaklı Bonna (fr. Bonne d'Armagnac; 19 fevral 1395 – ən tezi 1430 və ən geci 1435) — Orlean hersoqu I Karlın xanımı, Orlean hersoqinası. Övladı olmamışdır. == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press. Booton, Diane E. (2016).
Burbonlu Mariya (Orlean hersoqinası)
Burbonlu Mariya (fr. Marie de Bourbon; 15 oktyabr 1605, Qayon qəsri – 4 iyun 1627, Paris) — Orlean hersoqu Qastonun xanımı, Orlean hersoqinası. == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press. Booton, Diane E. (2016). Manuscripts, Market and the Transition to Print in Late Medieval Brittany.
Elizabet Şarlotta (Orlean hersoqinası)
Elizabet Şarlotta (fr. Élisabeth-Charlotte; 27 may 1652[…], Heydelberq – 8 dekabr 1722[…], Sen-Klu) — Pfals kürfürstü I Karl Lüdviqin qızı, Orlean hersoqu I Filippin xanımı, Orlean hersoqinası. 16 noyabr 1671-ci ildə Fransa kralı XIV Lüdovikin qardaşı Orlean hersoqu I Filipplə nigahlandı. Evliliyin ilk illəri xoşbəxt keçdi və Elizabet Şarlotta ərinin ilk nigahından doğulan qızlarını da himayəsinə aldı. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəlsə də, ilk övladları 3 yaşında vəfat etdi. Aleksandr Lui, Valua hersoqu (2 iyun 1673 - 16 mart 1676) Filipp, Orlean hersoqu Elizabet Şarlotta, Lorreyn hersoqinası == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan.
Ferdinand Filipp (Orlean hersoqu)
Ferdinand FIlipp (fr. Ferdinand-Philippe d'Orléans; 3 sentyabr 1810[…], Palermo – 13 iyul 1842[…], Nöyi-sür-Sen) — Fransa kralı I Lui-Filippin oğlu, Orlean hersoqu. == Mənbə == Seward, Desmond (1973). Prince of the Renaissance: The Golden Life of François I. New York: Macmillan Publishing Co. ISBN 9780026097000 Baumgartner, Frederic J (1988). Henry II, King of France, 1547–1559. Duke University Press. ISBN 9780822307952 Plowden, Alison (2011). Marriage With My Kingdom. The History Press.
Henretta Stüart (Orlean hersoqinası)
Henretta Stüart (fr. Henriette Stuart; 16 iyun 1644[…] – 30 iyun 1670[…], Sen-Klu) — İngiltərə kralı I Karlın qızı, Orlean hersoqu I Filippin xanımı, Orlean hersoqinası. 30 mart 1661-ci ildə Fransa kralı XIV Lüdovikin qardaşı Filipplə nigahlandı və ertəsi gün keçirilən mərasimlə evləndilər. Mərasimin ardından 10 may tarixində cütlük Orlean hersoq və hersoqinası ünvanı aldı. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, bunlardan yalnız ikisi yetkinlik yaşına çatdı. Mariya Luiza, İspaniya kraliçası Filipp Karl, Valua hersoqu (16 iyul 1664 - 8 dekabr 1666) Ölü doğulan bir qız uşağı (9 iyul 1665) Anna Mariya, Sardiniya kraliçası == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan.
II Filipp (Orlean hersoqu)
II Filipp (fr. Philippe II d'Orléans; 2 avqust 1674[…], Sen-Klu – 2 dekabr 1723[…], Versal) — Orlean hersoqu I Filippin oğlu, Orlean hersoqu. 1715-1723-cü illərdə taxt naibi olaraq xidmət etmişdir. == Həyatı == 2 avqust 1674-cü ildə dünyaya gəldi. Atası Fransa kralı XIII Lüdovikin oğlu Orlean hersoqu I Filipp, anası isə Pfals kürfürstü I Karl Lüdviqin qızı Elizabet Şarlottadır. Doğumundan etibarən Şartr hersoqu elan olundu. Mükəmməl saray təhsili aldı. Əmisi XIV Lüdovikin səltənətində atasıyla birlikdə hərbi səfərlərə qatıldı. Ardından əmisi nəvəsi Burbonlu Filippin İspaniyadaki taxt mübarizəsində iştirak etdi. Davam edən İspaniya vərasət müharibəsi səbəbilə Avropanın digər ailələrindən bir xanımla evlənməsi mümkün deyildi.
Klevezli Mariya (Orlean hersoqinası)
Klevezli Mariya (fr. Marie de Clèves; 19 sentyabr 1426 – 23 avqust 1487) — Orlean hersoqu I Karlın xanımı, Orlean hersoqinası. == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press. Booton, Diane E. (2016). Manuscripts, Market and the Transition to Print in Late Medieval Brittany.
Lorreynli Marqarita (Orlean hersoqinası)
Burbonlu Mariya (fr. Marie de Bourbon; 22 iyul 1615[…], Nansi – 13 aprel 1672[…], Paris) — Orlean hersoqu Qastonun xanımı, Orlean hersoqinası. 3 yanvar 1632-ci ildə Fransa kralı XIII Lüdovikin qardaşı Orlean hersoqu Qastonla gizlicə evləndi. Buna qarşı çıxan kral, bu evliliyi yalnız ölüm döşəyində ikən qəbul etdi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu. Marqarita Luiza (28 iyul 1645 - 17 sentyabr 1721), Böyük Toskana hersoqinası Yelizaveta Marqarita (26 dekabr 1646 - 17 mart 1696), Quiza hersoqinası Fransiska Medlin (13 oktyabr 1648 - 14 yanvar 1664), Savoyya hersoqinası Con Qaston (17 avqust 1650 - 10 avqust 1652), Valua hersoqu Mariya Anna (9 noyabr 1652 - 17 avqust 1656) == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan.